159
Cəmiyyət 7 noyabr — 16:35

Bakıda içində 10 min manat olan seyf oğurlandı

Bakıda evdən külli miqdrada pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunan O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıblar.

Xəbərlər