230
Cəmiyyət 22 oktyabr — 23:20

Avtomobil mal-qaraya çırpıldı

Goranboy rayonundan ağır yol qəzası qeydə alınıb.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobil qarşısına çıxan mal-qaraya çırpılıb. Qəza nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Hüseynov Xəyal Nəsib oğlu və onun həyat yoldaşı Hüseynova Gündüz Vüqar qızı ağır xəsarət alıblar.

Yaralılar ətrafdakı insanların yardımı ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib. (oxu.az)

Xəbərlər