204
Cəmiyyət 19 oktyabr — 16:51

Şirvanda daha bir gənc qadın itkin düşüb

Şirvan şəhərində daha bir gənc qadın itkin düşüb.

DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, Günay Novruzova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.

Xatırladaq ki, Şirvan şəhərinə qonaq gələn Hacıqabul rayon sakini Əslanə Ablıyeva da oktyabr ayının 12-də gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər