136
Cəmiyyət 19 oktyabr — 18:16

Sabirabadda əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (VK) hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.

VK-dan virtualaz.org-a verilən məlumata görə, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 19 oktyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Sabirabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

"Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən Sabirabad rayonu Gənclər Mərkəzində 70-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri öyrənilib, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.

Xəbərlər