234
Cəmiyyət 19 oktyabr — 14:07

FETÖ-nün Türkiyəyə gətirilən Meksika imamı həbs olundu

Fətullahçı Terror Təşkilatının (FETÖ) Meksika üzrə imamı Osman Qaraca Türkiyəyə ekstradisiya olunub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onun saxlanılması ilə əlaqədar Türkiyə Milli Təhlükəsizlik Xidməti (MİT) tərəfindən əməliyyat keçirilib. FETÖ imamı Türkiyəyə gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, FETÖ-də yüksək vəzifə tutan Osman Qaraca "silahlı terror təşkilatı qurma və idarəetmə" ittihamı ilə axtarışa verilmişdi.

Xəbərlər