Şirvan şəhərində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.