285
Cəmiyyət 12 oktyabr — 01:44

Bakıda qonşular arasında dava: gənc oğlan sinəsindən bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən  bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər