143
Cəmiyyət 10 oktyabr — 17:58

Mingəçevir və Şəkiyə də gecə avtobus reysləri fəaliyyətə başlayır

Oktyabrın 18-dən Mingəçevir və Şəki istiqamətində gecə avtobus reysləri fəaliyyətə başlayacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən virtualaz.org-a bildirilib ki, Şəki istiqamətinə sərnişin tələbatının həddindən artıq çox olması həmin istiqamətə gecə reysinin nəzərdə tutulan vaxtdan daha tez bərpa olunmasına zəmin yaradıb.

Avtobuslar hər gün Bakı-Mingəçevir istiqamətində saat 23:30-da, Mingəçevir–Bakı istiqamətində isə saat 01:00-da yola düşəcək. Həmçinin avtobuslar Bakıdan Şəkiyə və Şəkidən Bakıya saat 23:30-da hərəkətə başlayacaq.

Biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi və ya gündəlik, eyni zamanda, “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra oktyabrın 1-dən bərpa olunub. Sərnişinlər artıq Gəncə və “Qırmızı Körpü” istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

Xəbərlər