1307
Cəmiyyət 10 oktyabr — 09:24

Azərbaycanlı gənci öldürdü, meyitini Kaşıkçının meyiti kimi doğramaq istədi...

Ukraynanın paytaxtı Kiyevdə hüquq-mühafizə orqanları dəhşətli qətl hadisəsini aşkar ediblər.

Virtualaz.org Kiyev prokurorluğundan yayılan rəsmi məlumata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı (adı açıqlanmır) öz dostunu-23 yaşlı azərbaycanlı gənci mənzildə qətlə yetirib və cinayətin izlərini itirmək üçün meyitini benzinlə çalışan mişarla doğramaq istəyib.

Məlumatda deyilir ki, qətl hadisəsinin baş verdiyi binanın sakinlərindən mənzillərdən birindən pis qoxu gəldiyi haqda şikayət daxil olub. Hadisə yerinə “Kiyev xilasetmə xidməti”-nin əməkdaşları gedib. Onlar qapını sındırıblar və orada 22 yaşlı Azərbaycan vətəndaşının meyitini aşkar ediblər. Bu zaman mənzilin qapısından binanın girişinə qədər pilləkənlərdə qan izləri olub.

Qətlə yetirilən şəxsin bədənində çoxsaylı bıçaq yaraları və küt alətlə endirilmiş zərbə izləri aşkarlanıb. İlkin məlumatlara görə qətl hadisəsi xilasedicilərin mənzilə girişindən üç gün əvvəl baş verib.

Hadisə yerinə baxış zamanı polis əməkdaşları benzilə çalışan mişar, 3 kanistr yandırıcı maye, rezin maska, balta, torbalar və digər predmetlər aşkarlanıb. Ehtimala görə cinayətkar bu alətlərin köməyi ilə meyiti doğramağa və torbalara doldurub mənzildən çıxarmağa hazırlaşırmış.

Qatil bu şəxsdir...

İlkin istintaq tədbirləri, o cümlədən videomüşahidə kameralarının görüntüləri və şahid ifadələri əsasında hüquq-mühafizə orqanları əməkdaşları qətlin 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyini müəyyən ediblər. O, qətlə yetirilənin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı bildirilir.

Virtualaz.org

Xəbərlər