299
Cəmiyyət 9 oktyabr — 21:34

Azərbaycanlı antik xəncər oğurladı, tutuldu

Rusiyalı gömrükçülər azərbaycanlının maşınının baqajından Birinci Dünya Müharibəsi illərindən qalan və daşınması ilə bağlı heç bir sənədi olmayan İsveçrə xəncəri tapıblar.

Virtualaz.org bildirir ki, bu barədə Mineralovodsk Gömrük İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan vətəndaşı antik silahı sərhəddən keçirməyə cəhd edib.

Qeyd edilir ki, azərbaycanlı Bakıya gələrkən saxlanılıb. O, müfəttişə xəncəri dostundan aldığını deyib.

Əldə edilmiş silahlar ekspertizaya göndərilib və nəticədə, xəncərin antik olduğu müəyyənləşib. Xəncər 20 min rubl (500 manat - red.) qiymətləndirilib.

Xəbərlər