366
Cəmiyyət 22 sentyabr — 22:28

Zaqatalada gənc oğlan ağacdan yıxıldı

Zaqatalada ağacdan yıxılan gənc ağır xəsarət alıb.

Rayonun Faldar kənd sakini 1990-cı il təvəllüdlü Əliyev Samir Mustafa oğlu ağacdan yıxılıb. O, Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxanada ona sağ biləyinin, fəqərənin və sağ daban sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta ağır qiymətləndirilir.

S.Əliyevin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir. (qafqazinfo)

Xəbərlər