398
Cəmiyyət 18 sentyabr — 15:57

Azərbaycanda 6 hakim məsuliyyətə cəlb edildi, 1-i işdən çıxarıldı

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Virtualaz.org-un məlumatına görə, iclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib.

O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.

Xəbərlər