724
Cəmiyyət 18 sentyabr — 16:30

Azərbaycanlı cərrah Türkiyədə həbs edildi

38 yaşlı azərbaycanlı plastik cərrah Elnarə Məmmədova Türkiyədə polis tərəfindən saxlanılıb.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, Elnarə Məmmədova rüşvət almaqda ittiham edilir. O, xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN) alarkən ələ keçib.

Bildirilir ki, onun barəsində araşdırma başlanılıb.

Qeyd edilir ki, 2017-ci ildən Türkiyədə xəstəxanada plastik cərrahiyə ilə məşğul olan qadın səkkiz xəstədən müxtəlif məbləğlərdə pul tələb edib.

E. Məmmədova Türkiyənin Hakkari Dövlət Xəstəxanasında işləyib.

Virtualaz.org

Xəbərlər