181
Cəmiyyət 17 sentyabr — 20:20

Lənkəranda yol qəzası

Sentyabrın 17-də günorta saatlarında Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Astara rayonunun Maşxan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi "Mercedes" markalı yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 1953-cü il təvəllüdlü Şəmsəddin Babayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Hadisə zamanı "VAZ-2107" yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və sürücü Şəmsəddin Babayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır. (AzərTac)

Xəbərlər