407
Cəmiyyət 17 sentyabr — 16:29

Türkiyə polisi "yüngüləxlaqlı" iki azərbaycanlı qadını və bir transı saxladı

Türkiyə polisi ölkədə fahişəliklə məşğul olanlara qarşı daha iki əməliyyat keçirib. Kocaeli vilayətinin İzmit ilçəsində ötən gün həyata keçirlən əməliyyat zamanı fahişəliklə məşğul olan azərbaycanlı A.A. adlı şəxs saxlanılıb. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Karabaş məhəlləsində yerləşən evlərdən birində baş verib.

Transeksual olduğu qeyd olunan A.A. adlı şəxs iki müştəri ilə birlikdə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, “Instagram” və “Twitter” sosial şəbəkələrindəki hesablarından müştərilərlə tanış olur, pul qarşılığında fahişəlik edir.

Saxlanılan şəxs Azərbaycana göndərilməsi üçün Miqrasiya İdarəsinə təhvil verilib.

Digər fahişə əməliyyatı isə Türkiyənin Sakarya bölgəsində həyata keçirilib. Təhlükəsizlik xidməti əməkdaşlarının Adabazarı, Yahyalar məhəlləsində yerləşən bir ünvanda keçirdiyi əməliyyat nəticəsində 3 nəfər əcnəbi qadın saxlanılıb. Fahişəliklə məşğul olan qadınlardan ikisi azərbaycanlı, biri isə Türkmənistan vətəndaşıdır.

Qadınlar tibbi müayinədən keçiriləndən sonra öz ölkələrinə yola salınmaq üçün Miqrasiya İdarəsinə təhvil verilib.

Əməliyyat keçirilən ev isə 3 ay müddətinə möhürlənib.

Virtualaz.org

Xəbərlər