210
Cəmiyyət 16 sentyabr — 20:30

Azərbaycanlı saxta sənədlərə görə saxlanıldı

Rusiya Federasiyasının muxtar subyekti olan Kominin paytaxtında yaşayan 36 yaşlı Azərbaycan Respublikası vətəndaşına qarşı Cinayət Məcəlləsinin 327-ci (qəsdən saxta sənəddən istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, o, 2017-ci ildə gənc bir dostundan 15 min rubl müqabilində Sankt-Peterburq Dövlət Universitetinin “Rus dilini, Rusiya tarixini bilmək və Rusiya Federasiyasının qanunvericiliyinin əsasları haqqında” bilməsi ilə bağlı sertifikatını alıb.

Bildirilir ki, 2017-ci ilin dekabr ayında isə azərbaycanlı saxta sənədlərlə Komidə yaşamaq və işləmək hüququ ilə bağlı rəsmi qərar əldə edərək burada yaşamağa başlayıb.

Sözügedən şəxs hazırda günahını etiraf edib və məhkəmə tərəfindən ona 10 min rubl cərimə təyin olunub.

Hökm hələ ki, qüvvəyə minməyib.

Virtualaz.org

Xəbərlər