185
Cəmiyyət 16 sentyabr — 18:10

Adam oğurluğunda ittiham olunan Şirvan sakininə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Şirvan şəhər sakini, 24 yaşlı Əli Hüseynlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən Ə. Hüseynli 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən Əli Hüseynli cinayətkar aləmdə "Rafet Əlibayramlinski” ləqəbi ilə tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvü olub. 2017-ci ildən barəsində axtarış elan edilib.

İstintaqın gəldiyi nəticəyə görə, 6 nəfərlik cinayətkar qrup 2017-ci ildə paytaxtın Binəqədi rayonunda Elşən Günəşovu oğurlayıblar. Onlar Günəşovu döyərək avtomobilin yük yerinə basıblar. E.Günəşov oradan qaçaraq polisə şikayət etməyə müvəffəq olub.

Dəstə üzvləri - Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov hadisədən dərhal sonra saxlanılıblar.

Rusiyaya qaçan Əli Hüseynli isə sonradan tutularaq Azərbaycana gətirilib

Virtualaz.org

Xəbərlər