193
Cəmiyyət 12 sentyabr — 15:33

Bakıda ağır qəza: İki qadın xəstəxanaya düşdü

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, qəza Bakı dairəvi yolunda qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər - 23 və 27 yaşlı qadınlar təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onlara kəllə beyin travması diaqnozu qoyulub.

Xəbərlər