422
Cəmiyyət 25 avqust — 19:22

Şamaxı sakini birlikdə ova getdiyi dostunu güllələdi

Şamaxıda ova gedən şəxs ehtiyatsızlıqdan öz dostunu vurub.

Modern.az xəbər verir ki, hadisə Şamaxıda meşəlik ərazidə baş verib.

Belə ki, axşam saatlarında ova gedən dostlar iz axtarmaq məqsədi ilə fərqli istiqamətlərə ayrılıblar.

Bu zaman Şamaxı rayonu, Qızmeydan kənd sakini, 1991- ci il təvəllüdlü Heybətov Rafiq Ağaxan oğlu dostunun açdığı atəş nəticəsində boyun nahiyəsindən yaralanıb.

O, elə dostu tərəfindən də Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

R.Heybətovun vəziyəti ağırlaşdığından Bakıya göndərilib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər