277
Cəmiyyət 25 avqust — 16:37

İsmayıllıda yas mərasimində ev uçdu

İsmayıllı rayonunun Balik kəndində yas mərasimi zamanı ev uçub.

"Report" bildirir ki, hadisə Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evində baş verib.

Məlumata görə, S.Babayevanın həyat yoldaşı gecə saatlarında rəhmətə gedib. Mərasimə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən, evin döşəməsi insanların ağırlığına tab gətirməyərək çöküb. Dağıntı zamanı 6 nəfər müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bunlar Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı və Quliyeva Ofeliya Nadir qızıdır. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər