374
Cəmiyyət 22 avqust — 09:59

DİN İsmayıllıdan olan "itkin gəlin" haqda elan verdi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu İsmayıllı rayonunda bir neçə həftə əvvəl itkin düşmüş qadın haqda elan verib. Elana görə 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb. P. Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbərlər