597
Cəmiyyət 22 avqust — 00:24

Quba sakini avtoqəzada xəsarət alan uşağı xəstəxanaya aparmaq istədi, amma...

Quba rayonunda avtomobillə vurulan uşağı xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb.

Hadisə Rustov kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü hadisə yerindən qaçıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov isə yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparmaq istəyib. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb.

Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və hazırda müalicə olunurlar.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər