135
Cəmiyyət 19 avqust — 11:42

Quba və Şabranda meşə-kolluq sahəsi yanır

Quba və Şabran rayonlarının sərhədində yerləşən meşə massivində güclü yanğın başlayıb.

Şahidlərin virtualaz.org-a verdiyi məlumata görə, bu gün səhər saatlarından müşahidə edilən yanğın hazırda Şabranın Gədik kəndinin arxa hissəsini, Gönçü dərəsi deyilən ərazini əhatə edir.

Yanğın böyük əraziyə yayıldığından ətraf kəndlər də qara tüstüyə bürünüb.Hazırda Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ictimaiyyət nümayəndələri yanğının söndürülməsi istiqamətində çalışırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova virtualaz.org-a bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasında bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur. Lakin buna baxmayaraq, ETSN-in yerli qurumlarının bütün əməkdaşları yanğının söndürülməsi üçün səfərbər olunublar.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər