602
Cəmiyyət 14 avqust — 23:41

Bakıda toyda kütləvi dava

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

"Report" xəbər verir ki, 9 mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57).

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunublar.

Xəbərlər