620
Cəmiyyət 14 avqust — 16:42

Azərbaycan üzərindən Gürcüstanı keçib Türkiyəyə getmək asanlaşır

Gürcüstanda Şərq-Qərb magistral yolunun ( E-60 Avropa tranzit yolu) tikintisi başa çatdıqdan sonra Qırmızı Körpüdən Sarpiyə (Türkiyənin Acarıstanla sərhədi) gediş-gəliş vaxtı iki dəfə azalacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin sədri İrakli Karseladze deyib.

Onun sözlərinə görə, hazırda bu beynəlxalq avtomobil yolunun 140 kilometrlik hissəsində tikinti işləri davam etdirilir.

Nazir müavini qeyd edib ki, Şərq-Qərb marşrutu və ya E-60 Avropa tranzit yolu Brestdən (Fransa) başlayan və İrkeştamda (Qırğızıstan) bitən ikinci ən böyük Avropa tranzit dəhlizidir. Gürcüstanda E-60 yolu Azərbaycanla sərhəddən başlayır və Qara dəniz sahilində, Poti limanının yaxınlığında bitir. Gürcüstanda dəhlizin uzunluğu 392 kilometrdir.

"Qırmızı Körpüdən başlayan və Sarpiyə qədər davam edən Şərq-Qərb magistral yolu hazırda qarşımızda duran əsas işdir. Artıq yolun 200 kilometri inşa edilib. Hazırki 460 kilometr məsafə bu yol sayəsində 30 kilometrə enəcək. Bu gün Türkiyə sərhədinə getmək üçün 8 saat lazımdırsa, yeni yolun çəkilməsindən sonra ora tamamilə təhlükəsiz şəraitdə, 4-4,5 saat ərzində iki qat sürətlə getmək mümkün olacaq”, - Karseladze vurğulayıb.

Virtualaz.org

Xəbərlər