323
Cəmiyyət 13 iyul — 19:48

Lənkəranda itkin düşən 18 yaşlı oğlan tapıldı

Lənkəranda itkin düşən 18 yaşlı oğlan tapılıb.

Oxu.az xatırladır ki, rayonun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu dünən evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Axundlu “Sədərək” ticarət mərkəzində tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

**21:14(12.07.2019)

Lənkəranın Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu itkin düşüb.

Bu barədə "Report"a onun valideynləri məlumat veriblər.

Məlumata görə, R.Axundlu ötən gün məşq etdiyi idman zalından çıxıb və evə qayıtmayıb. Onu son dəfə şəhərdə, saat 20:00 radələrində görüblər. R.Axundlunun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. R.Axundlunun ailəsi tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.

Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Xəbərlər