176
Cəmiyyət 12 iyul — 13:50

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başa çatıb.

Virtualaz.org bildirir ki, iclasda 28 məsələ müzakirə olunub.

Əksəriyyəti 2-ci cə 3-cü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında isə qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib.

Onu da qeyd edək ki, deputatlar iyulun 15-dən tətilə çıxacaqlar. Parlamentin üzvləri avqust ayının 30-dək istirahətdə olacaqlar.

Xəbərlər