382
Cəmiyyət 9 iyul — 20:26

Goranboy sakini gəlinini qətlə yetirib

Goranboyda bir uşaq anası qayınatası tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə rayonun Hacırəhmədli kəndində qeydə alınıb. 

Belə ki, 1980-ci il təvəllüdlü Samirə Alim qızı Məmmədova qayınatası tərəfindən qətlə yetirilib. 

"Report"un məlumatına görə, hadisəni törədən 1943-cü il təvəllüdlü Qasım İlyas oğlu İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Qeyd edək ki, S.Məmmədovanın bir qız uşağı var.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərlər