198
Cəmiyyət 18 iyun — 19:06

İyunun 16-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da 29 şəhər və rayonda yerləşən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini açıqlayıb. İmtahanın nəticələri saat 17:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

DİM-dən virtualaz.org-a bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər Mərkəzin internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 32827 şagirddən 561-i imtahana gəlməyib, 12 nəfər imtahan qaydalarını pozduğu üçün xaric edilib.

Xəbərlər