237
Cəmiyyət 18 iyun — 15:24

Parkda adam öldürən qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Mərhumun yaxınları təqsirləndirilən şəxsə etirazlarını bildiriblər. Onlar G.Qasımovanın mərhum R.Hüseynovla yaxın münasibətdə olduğunu iddia ediblər.

Məhkəmə baxışı iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrında gecə saatlarında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 ünvanında yaşayan 40 yaşlı Ramiz Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirdiyinə görə hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Günel Qasımova saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Virtualaz.org

Xəbərlər