202
Cəmiyyət 13 iyun — 16:06

Turizm Agentliyi: “Çimərliklərə girış pulsuz olmalıdır”

Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb.

Virtualaz.org-un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərin "Yanardağ" qoruğuna mediaturu zamanı deyib.

Onun sözlərinə görə, monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək: “Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətlərin keyfiyyətini müəyyən etmək istəyirik. Monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Hazırda vəziyyəti araşdırırıq”.

K.Quluzadə qeyd edib ki, yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri təqdim olunacaq: “Monitorinqin nəticələrindın asılı olaraq təklifləri hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik. Dünya praktikasında çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Hansısa şirkət xidmət göstərmək istəyərsə, xidmət haqqı ala bilər”.

Xəbərlər