114
Cəmiyyət 13 iyun — 11:26

Bərdədə təcili yardım işçilərini döyən şəxs saxlanıldı

Bərdə rayonun Qaradəmirli kəndində Təcili Tibbi Yardım əməkdaşlarını döyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, iyunun 12-də saat 9 radələrində Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının iki feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Bərdə RPŞ-də araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər