452
Cəmiyyət 12 iyun — 16:45

Murad Köhnəqala həbs olundu

Tovuz Rayon Məhkəməsi tərəfindən şair-publisist Murad Köhnəqalaya 15 sutka inzibati həbs verilib.

Bu barədə virtualaz.org-a onun həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

Ş.Göytürk bildirib ki, M.Köhnəqala aliment ödəmədiyinə görə keçmiş ailəsi tərəfindən məhkəməyə verilib: “Murad 2014-cü ildə ailəsindən ayrılmışdı. Həmin vaxt heç yerdə işləmirdi, maddi imkanı yox idi, alimenti ödəyə bilmirdi. Aliment də yığılıb 12 min manata çatmışdı. Amma həmişə birinci ailəsinə rəsmi və ya qeyri-rəsmi yardım edib. Hətta bu gün çekləri də məhkəməyə təqdim edib. Lakin məhkəmə onun barəsində belə bir qərar çıxarıb”.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər