1023
Cəmiyyət 14 mart — 15:13

Həcər nənə xahiş etdi, İlham Əliyev yerinə yetirdi

Preziden İlham Əliyevin bu günlərdə Ağsuya səfəri zamanı yerli sakinlərdən birinin ona ünvanlanmış xahişi yerinə yetirilib. Belə ki, prezident zəlzələdən zərər çəkən Ağsu sakinlərindən birinin, şəhərin Firdovsi küçəsinin sakini Həcər Zamanovanın ailəsi üçün yeni evin tikintisi ilə tanış olub. Bu zaman yaşlı qadın prezidentdən görmə qabiliyyətini demək olar ki, itirmiş nəvəsi ilə bağlı xahiş etmişdi. Həcər Zamanova bildirmişdi ki, nəvəsi, 29 yaşlı Zamanov Murad Adil oğlu erkən yaşlarda valideyinlərini itirib, nəticədə onun himayəsində böyüyüb. İndi isə onun bir gözü görmə qabiliyyətini itirib, ikincisi isə çox zəifdir.

Qadın prezidentdən nəvəsinin müalicəsinə kömək xahiş edib. İlham Əliyev bu məsələnin tezliklə həll edilməsi üçün göstəriş verib, səlahiyyətli şəxslər şəxsin əlaqə nömrəsini, ünvanını götürüblər. Prezident bildirib ki, lazım gəlsə gənci müalicə üçün xaricə də göndərəcəklər.

İndi  məlum olub ki,  Həcər Zamanovanın nəvəsi 1990-cı il təvəllüdlü Zamanov Murad Adil oğlu müalicə almaq üçün Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün Türkiyəyə yola salınacaq.

M.Zamanov  özü Unikal.org-a bu haqda bildirib: "Cənab prezidentimiz İlham Əliyevin göstərişindən sonra Heydər Əliyev Fondu məni ölkəmizdə bir çox nüfuzlu özəl klinikalarda və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. İstanbulun ən tanınmış özəl klinikalardan birində müayinə olunacam. Onda sonra səhhətimdə yaranan problemin aradan qaldırılacağına əminəm. Mən yüksək səviyyəli diqqətə və qayğıya görə bir vətəndaş kimi cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondu mənim qısa zamanda sağlığıma qovuşmağım üçün hər cür köməklik göstərir".

Virtualaz.org

Xəbərlər