470
Cəmiyyət 12 fevral — 17:02

Masallıdan gəlib Bakıda qızını öldürən atanın məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan İlqar Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, H.Zərdabi küçəsində baş verib. Masallı rayonu, Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan gələrək metronun “20 Yanvar” stansiyasının yaxınlığında qızı-27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olublar. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının əxlaqsız həyat tərzini göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının bədəninin müxtəlif nahiyələrindən zərbələr endirib. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib. Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

İ.Qurbanov polis əməkdaşlarına bildirib ki, rayonda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün Bakıya gəlib.

Virtualaz.org

Xəbərlər