608
Cəmiyyət 11 fevral — 13:55

Moskvada FTX polkovnik-leytenantını küçənin ortasında döydülər

Moskvada günün günorta çağı küçənin ortasında Federal Təhlükəsizlik Xidmətinin (FTX) podpolkovniki (polkovnik-leytenantı) Oleq Andreyeviç (soyadı göztərilmir) döyülüb.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, döyülən zabit “K” xüsusi vacib işlər bölməsinin baş müstəntiqidir. Hadisə onun avtomobildə sükan arxasında olduğu vaxt baş verib.

Naməlum şəxslər avtomobilə butulka atıblar və zabit maşını tərk edən kimi bir neçə nəfər tərəfindən döyülüb. O. tibbi yardımdan imtina edib.

Polis hücum edənlərin axtarışını aparır.

Mənbə bildirir ki, bu günlərdə məhz “K” bölməsinin əməkdaşları senator Rauf Araşukovu Federal Şuranın iclası zamanı həbs ediblər.

Xəbərlər