232
Cəmiyyət 11 fevral — 12:43

Benilüks ölkələrindən 11 azərbaycanlı deportasiya olundu

Bu ilin yanvarın 1-dən 31-ə qədər Benilüks ölkələrindən (Niderland, Belçika, Lüksemburq) 11 azərbaycanlı deportasiya olunub.

“Report”un Benelüks ölkələri üzrə miqrasiya xidmətlərindən əldə etdiyi məlumata görə, bunlardan 6-sı Belçika Krallığından, 4-ü Niderland Krallığından, 1-i isə Lüksemburq Hersoqluğundan deportasiya olunub. Azərbaycanlılardan 1-i Rusiya vətəndaşı, 6-sı Gürcüstan vətəndaşı, 3-ü Ukrayna vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır. Deport olunan azərbaycanlıların Polşaya və Ukraynaya keçdiyi bildirilir.

Deportasiyaya səbəb həmin şəxslərin miqrasiya orqanlarına özləri barədə yalan məlumat vermələri olub.

Xəbərlər