403
Cəmiyyət 12 yanvar — 12:03

“Bu vətəndaşlara mənzil hədiyyə etmək bizim borcumuzdur...”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünənki müşavirəsi zamanı məlumat verib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək.

İlham Əliyevin sözlərinə görə, əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək.

“Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib. Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar”, - prezident bildirib.

Xəbərlər