370
Cəmiyyət 11 yanvar — 10:56

Bakıda kişi arvadını qətlə yetirdi

Paytaxtda kişi arvadını qətlə yetirib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı-31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib. R.Dadaşov tutulub.

Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb.

Xəbərlər