685
Cəmiyyət 7 dekabr — 13:57

David Şahnazaryanın oğlu ABŞ-dan sığınacaq istədi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryanın oğlu Qurgen Şahnazaryan ABŞ-dan sığınacaq istəyib.

“Report” bildirir ki, xəbəri Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yayıb.

Bildirilir ki, Qurgen Şahnazaryan atası siyasi təqibə məruz qaldığı üçün ABŞ-dan bir neçə il əvvəl sığınacaq istəyib.

Xəbərdə deyilir: “Nikol Paşinyan hökuməti Ermənistan Respublikaçılar Partiyasının proporsional siyahısında üçüncü yerdə olan David Şahnazaryan və oğluna qarşı dosye hazırlayır”.

Məlumata görə, Serj Sarkisyan hakimiyyəti də D.Şahnazaryanı və ailəsini sıxışdırırmış. Yeni hökumət artıq ABŞ-ın Sietl şəhərinin Miqrasiya xidmətinə Qurgenin deportasiyası ilə bağlı məktub göndərməyi planlaşdırıb. Oğul Şahnazaryan bir neçə ildir bu şəhərdə yaşayır.

David Şahnazaryan məsələ ilə bağlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

Qeyd edək ki, dekabrın 5-də onu Milli Təhlükəsizlik Xidmətinə çağırmışdılar.

Xəbərlər