629
Cəmiyyət 6 dekabr — 13:17

Sirk dəvələrini daşıyan yük maşını qəzaya uğradı, dəvələrdən biri öldü

Bu gün səhər Rusiyanın İrkutsk vilayətində Soçidən gətirilmiş sirk dəvələrini daşıyan yük maşını qəzaya uğrayıb. Nəticədə, iki dəvədən biri hadisə yerində ölüb.

Virtualaz.org yerli polis idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sağ qalmış dəvəni başqa yerə aparmaq üçün nəqliyyat vasitəsi tapılmayıb.

Buna görə də, heyvan 45 dərəcə şaxtada 20 kilometrlik yolu piyada getməli olub.

Xəbərlər