777
Cəmiyyət 12 oktyabr — 12:03

Bakı-Sumqayıt dəmir yolu xətti avtomobil yolu ilə kəsişməyəcək

“Bakı-Sumqayıt dairəvi yolunda bir tərəfə yolun uzunluğu 42 km, əks istiqamətdə isə 47 km-dir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

“Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər. Bakıdan Sumqayıta qədər yeraltı-yerüstü keçidlərin sayı 20-yə yaxındır. Binədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmir yolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər”.

Xəbərlər