649
Cəmiyyət 13 mart — 23:42

Fələstin baş nazirini öldürmək istədilər: 6 yaralı

Fələstinin baş naziri Rami Həmdallah Qəzza bölgəsinə etdiyi səfər zamanı az qalıb ki, sui-qəsd qurbanı olsun.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, baş nazirin kortejinə daxil olan maşınlardan biri partladılıb.

Hadisə yerindən çəkilmiş görüntü "Twitter"ə yerləşdirilib.

Həmdallah özü xəsarət almasa da, onun altı mühafizəçisi yaralanıb.

Fələstin tərəfi hücumu baş nazirə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib. Belə ki, terrorçular partlayıcı qurğunu kortejin keçdiyi yolun səkisinə yerləşdiriblər. Hadisə yerində ikinci partlayıcı qurğu da olub, lakin onun işə düşmədiyi bildirilir.

Hadisədən dərhal sonra Fələstin muxtariyyəti hücuma görə məsuliyyəti "Həmas" qruplaşmasının üzərinə qoyub.

Xəbərlər