648
Bu gün 29 aprel — 21:03

Gəncədə baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun Gülüstan qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, "Niva" markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21011"-in sürücüsü, 1980-ci il təvəllüdlü Ceyhun Yüsibov və sərnişini, əmisi oğlu, 1992-ci il təvəllüdlü Elşən Yüsibov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Digər avtomobildə olanlardan isə xəsarət alanlar olmayıb.

Faktla bağlı araşdırma aparılır.                       

Xəbərlər