1138
Bu gün 7 aprel — 16:54

Elmi əsərlərin oğurlanmasına qarşı mübarizə gücləndirilir

Təhsil Nazirliyi Müəllif Hüquqları Agentliyi ilə birgə elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması üçün tədbirlərə başlayıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu gün, aprelin 7-də bu məsələ müzakirə edilib.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov antiplagiat informasiya axtarış sisteminin yaradılmasını təklif edib. Təhsil naziri Mikayıl Cabbarov isə hazırda Azərbaycanda plagiata qarşı beynəlxalq təcrübənin araşdırıldığını deyib: “Plagiatın qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması vacibdir”, - deyə nazir bildirib.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi Teymur Kərimli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu, “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və Xəzər Universitetinin departament müdiri Muxtar Hacızadə də plagiatlıqla mübarizə barədə məlumat veriblər.

Ülviyyə

Virtualaz.org

Xəbərlər