1833
Bu gün 30 yanvar — 21:18

Təcili yardımın döyülən həkimlərindən təzə xəbər var

Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının döyülən həkimlərinin vəziyyəti yaxşıdır.

Ans press-in məlumatına görə, bunu Təcili Tibbi Yardım Xəstəxanasının direktoru Rauf Nağıyev deyib. O xatırladıb ki, həkim Sinatulova və tibb bacısı Aynur Süleymanova Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Bu zaman onlar xoşagəlməz halla qarşılaşıblar.

"İşçilərimiz çağırışa getdikləri ailəyə bəd xəbər verdikləri üçün döyülüblər. Hadisə yerinə çatanda artıq 9 dəqiqə imiş ki, ana keçinib. Bu xəbəri ailə üzvlərinə verdikdən sonra şok keçirən ailə üzvləri tibb işçilərinə hücum edərək, onları vurublar. Hazırda həm həkimin, həm də tibb bacısının vəziyyəti yaxşıdır. Əslində, biz o ailəni də başa düşürük, bəd xəbər eşidiblər. Amma yenə də belə etmək lazım deyildi. Ona görə həmin insanları polisə vermişik. İşi polis araşdırır", - deyə Rauf Nağıyev vurğulayıb.

Xatırladaq ki, 13 saylı Təcili Yardım Stansiyasının həkim və tibb bacısının döyülməsi hadisəsi iki gün öncə baş verib və bu barədə ilk məlumatı haqqin.az və virtualaz.org saytları yayıb.

*   *   *10:35

Dünən Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının həkimləri xoşagəlməz hadisə ilə üzləşiblər.

Virtualaz.org xəbər verir ki, həkimlər və tibb bacısı Aynur Süleymanova saat 16 radələrində Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Burada onlara iki naməlum şəxs hücum edərək döyüb. Təcili tibbi yardım işçiləri hadisə yerindən güclə uzaqlaşa biliblər.

Hazırda Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar.

Xəbərlər