887
Bu gün 10 dekabr — 16:03

Jak Şirak xəstəxanaya yerləşdirildi

Fransanın keçmiş prezidenti Jak Şirak tibbi baxış üçün xəstəxanaya aparılıb.

Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, 83 yaşlı siyasətçinin qızı Klod Şirak atasının sağlamlığı üçün heç bir təhlükənin olmadığını bildirib: “Atam sadəcə son günlərdə özündə zəiflik hiss etdiyindən tam tibbi müayinədən keçmək üçün xəstəxanaya yatırılıb. O, bir neçə gün xəstəxanada qalacaq”.

Xatırladaq ki, Jak Şirak 1995-ci ildən 2007-ci ilə qədər Fransanın 22-ci prezidenti olub. Şirak hakimiyyətdə olduğu dövrdə prezident səlahiyyətinin müddəti 7 ildən 5 ilə endirilib.

Ümumilikdə, Şirak Yelisey sarayında 12 il keçirib, bununla da o, 14 il prezident olan Fransua Mitterandan sonra uzun müddət prezident olan ikinci şəxsdir.

Xəbərlər