1231
Bu gün 21 may — 09:39

Azərbaycan FHN-i BMT ilə birgə hesabat seminarı keçirdi -(Foto)

Bu gün “Qafqaz Baku City” otelində BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” birgə layihəsi üzrə Hesabat Seminarı keçirilib.

Virtualaz.org xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Proqramlar üzrə meneceri Məzahir Əfəndiyev layihənin uğurla davam etdirildiyini və planlı şəkildə layihə məqsədlərinə nail olunduğunu bildirib.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov nazirliyin BMT-nin İnkişaf Paroiqramı ilə daha sıx əməkdaşlıq etməsində maraqlı olduğunu söyləyib: “Həyata keçirilən layihənin əsas məqsədi son vaxtlar baş verən iqlim dəyişikliyi nəticəsində respublikanın bir çox ərazilərində daşqınların və içməli su robleminin yaranmasının qarşısını almaqdır. Həmçinin, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə republikamızada - Böyük Qafqazın cənub yamacında yaşayan əhalinin su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı dayanıqlığını artırmaqdır. 

Layihənin uğurla həyata keçirilməsi üçün vacib amillərdən biri kimi, layihə çərçivəsində müvafiq təşkilatlarla sıx,  işgüzar əməkdaşlığın yaranması zərurətini də qeyd etmək istərdik. Tədbirdə iştirak edən tərəfdaş təşkilatların rəsmi nümayəndələrindən layihədə nəzərdə tutulan işlərin daha da səmərəli aparılması üçün əməkdaşlığın geniuşləndirilməsini xahiş edirik ”.

Seminarda layihə üzrə 2013-cü ildə görülmüş işlərin yekununa dair hesabat verilib, gələcək tədbir və planlar üzrə müzakirələr aparılıb. Eyni zamanda beynəlxalq ekspertlətin layihə çərçivəsində etdikləri səfərlərə, gördükləri işlərə dair ətraflı məlumat verilib və sonrakı fəaliyyət planı müzakirə edilib. Hesabat Seminarında Fövqəladə Hallar Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Su Ehtiyatları Dövlət Agentliyi, “AzərSu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri iştirak ediblər.

İlkin Muradov

Virtualaz.org

Xəbərlər