243
Bu gün 6 Dekabr 2021, 15:41

Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 6-da Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib. Bu barədə Ermənistan KİV-ləri hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir. Şuranın gündəliyi barədə məlumat verilməyib.

İclasda qurumun üzvləri ilə yanaşı, parlamentin sədri Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, parlament sədrinin müavini Ruben Rubenyan, hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan, habelə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan da iştirak edib.

Xəbərlər