208
Bu gün 28 Noyabr 2021, 18:59

Gürcüstanda COVID-pasportlarına qarşı etirazlar

Tbilisinin bir neçə yüz sakini dekabrın 1-dən ölkədə COVID-pasport sisteminin tətbiqinə etiraz etmək üçün bazar günü toplaşıb. Bu barədə “Sputnik Gürcüstan” xəbər verir.

Etirazçılar əllərində “COVID-pasportlarına yox”, “ COVID terroruna yox”, “peyvəndə yox” plakatları tutublar. "Yaşıl pasportlar bizi seçim azadlığımızdan məhrum edir. Vaksin vurmağa məcburuq. Bu, terrordur", - aksiya iştirakçıları bildirib.

Etirazçıların əksəriyyəti maskasız gəlib. Bundan əlavə, sosial məsafəyə riayət olunmur.

virtualaz.org

Xəbərlər